COĞRAFİYA
  İslam
 
ALLAH, İNSAN, İSLAM



Allah, varlığı heç bir səbəbə bağlı olmayan ilahi zatdır. O, heç bir şeyə möhtac deyil. Lakin hər şey Ona möhtacdır. Hər işin Ona həvalə edilərək olunması zəruridir. Hər işə müdaxilə etmə haqqına sahibdir.

Yerlərin, göylərin və ikisi arasındakıların Rəbbi, onları yaradan və idarə edən, kainatdakı nizamın tək sahibidir. Dünya və axirətdə hökmran olan, heç bir işi təsadüfə buraxmayan, qaranlıqlardan nura çıxaran, Peyğəmbərlər və vəhylər göndərən, diləyəni hidayətə çatdıran, diləyəni dəlalətə salan yeganə ilahdır. Canlı və cansız bütün varlıqları yaradan, onlar içərisində də insanları məxluqatın ən şərəflisi olaraq yaradandır. Yaratmaqla qalmayıb yaşadan, öldürən, dirildən, hesaba çəkəndir. Yerlərin və göylərin Rəbbi, Rəhman olan, Rəhim olan, ruzi, cəza və mükafat verəndir.

Zaman və məkandan münəzzəh [1] olan, əzəli və əbədi, axır və əvvəl olandır. Şəriklilik və şərtlilik qəbul etməyən yeganə ilahdır. Doğmayıb, doğulmayıb. Dilədiyini əziz, dilədiyini zəlil edən; şərəf və izzət sahibi, görünən və görünməyənin Rəbbidir. Ən kiçik zərrə, toz parçasından ya da gözlə görünməyən mikroblardan, ən böyük cisimlərə qədər məxluqat arasındakı bütün əlaqələrə nəzarət edən, hər şeyi haqqıyla bilən, haqqıyla görən, duymadıqlarımızı duyan, yedirən, içirən, ağladan, güldürən, bizdən uzaq olmayan yeganə bir ilahdır.

Hər şeyi insan üçün yaradan, insanın xidmətinə verən, insanı yalnız özünə qulluq üçün yaradan Odur. Bax, Rəbbimiz olan Allah belədir. Dövlətimizə, evimizə, həyatımıza, təhsilimizə qarışan və hər biri üçün prinsiplər qoyan Odur. Səmadan üzərimizə tavan, yer üzündən ayağımızın altına döşək edən, yağışı yağdıran, küləyi göndərən, yer üzündə yaşadan, ağıl, fikir və şüur verən Odur. Bax, budur bizim Rəbbimiz.

İnsan isə, yuxarıda bəzi sifətlərini saymağa çalışdığımız Uca Allah tərəfindən məxluqatın ən şərəflisi olaraq yaradılan, ruhunu Allahdan, cisimini torpaqdan alan bir varlıqdır. Ruhunu Allaha bağlayaraq ülviləşən bir varlıqdır. Eyni zamanda, ağılını, nəfsinə və şəhvətinə təslim edərək sufliləşən; heyvanlar dərəcəsinə, hətta daha aşağı düşən bir məxluq da ola bilər. Allaha qul olmaq və olmamaq barəsində iradə sahibi, seçmə azadlığına sahib yeganə varlıqdır. Yaradılış etibarilə zəif, tələskən, ehtiraslı, bəzən zalım, bəzən də cahil, pisliyə və yaxşılığa meylli bir varlıq. Bir yandan Allahın xəlifəsi, Allahın hökmlərini yer üzündə Allah adına tətbiq edici; digər yandan isə şeytana, nəfsinə, şəhvətinə ya da insanlara qul olma zəifliyinə düşən bir varlıqdır.

İslam isə; Allah ilə insan arasındakı əlaqələr üçün, Allah tərəfindən təyin edilən prinsiplərdir. Bu prinsiplər sisteminə din deyirik. Dinin risalət silsiləsindəki ən son şəkli İslamdır. Din, insan ilə Allah arasında bir bağdır. Allah tərəfindən, bəşərin ixtiyarına buraxılmadan, insanı insan etmək, insani xüsusiyyətlərini qorumaq üçün göndərilmişdir.

Qısaca İslam; Allahın boyasıdır. Uca Rəbbimiz: "Bu Allahın boyasıdır. Allahdan daha gözəl kimin boyası ola bilər?" [Bəqərə Surəsi; 138] buyurmaqdadır.

Bu ayədəki boya kəlməsindəki məqsəd İslamdır. Allahın insanlar üçün qoyduğu ən son nizamdır. Bu boya ilə boyanmağımız istənilr. Məhz Allah hər şeyi yaratmış və ona sahib çıxmışdır. Varlıqların ən şərəflisi olaraq da insanı yaratmışdır: "Həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq." Ayədəki "ən gözəl surətdə" cümləsindəki məqsəd bədən, ruh və ağılda mükəmməllikdir. Başlıca mükəmməllik xüsusiyyətləri bunlardır. İnsanı yaradan Allah, onu başıboş buraxmadı. Bu da Rəbbimizin bizə olan ən böyük lütfüdür. Sahibinin buraxdığı yüyənsiz heyvanlar kimi sərbəstsiniz; gəzin, dolaşın, yeyin, için, əylənin demədi. Uca Rəbbimiz: "Vay insanın halına, vay, sonra yenə vay halına vay! Yoxsa insan başıboş buraxıldığınımı zənn edir?" [Qiyamət Surəsi: 34-36] buyurmaqdadır.

Lakin bizi yaradan Rəbbimiz, Mən sizi yaratdım; artıq nə istəyirsiniz edin, öz başınızın çarəsinə baxın desəydi, o zaman insanlar yaşamağın, yeməyin, içməyin doğru variantını bilə bilməzdilər. Üstəlik Allahı buraxıb nəfslərinə, şəhvətlərinə ya da daşdan və ağacdan düzəldilmiş bütlərə və ya bir qisim bəşəri ideologiyalara qul olacaqdılar.

Amma Rəbbimiz belə etmədi. Yaratdı, nizam verdi, şəkil verdi, qaydaya saldı və şəriət göndərdi. Necə yaşayacağımızı öyrətdi. Rəzil olmamağın prinsiplərini bildirdi. Peyğəmbərlərini, kitablarını, mələklərini göndərdi. Bu mesajlarını anlayacaq ağıl, yaşayacaq imkan verdi. Çünki bizi O yaratdı. Elə isə bizi ən yaxşı tanıyan da Odu: "Ayıq olun [diqqət yetirin] heç yaradan bilməzmi [yaratdığını]? O, lütf sahibi və hər şeydən xəbəri olandır" [Mülk Surəsi; 14].

Soyuducunu icad edən bir usta onun işləmə mexanizmasını təyin edər. Çünki bu, onun icadıdır. Hecə işləsə xarab olmayacağını da o bilir. Bunun kimi, digər alətlərin funksiyasını da onları yaradan usta bildiyi üçün, onların necə istifadə ediləcəyini də ən yaxşı bilən onlardı. Buna görə də aldığımız hər cihazın yanında onun necə istifadə ediləcəyini izah edən, istifadə qaydalarının yazıldığı bir sənəd olur. Aldığımız cihazı təlimatına uyğun olaraq istifadə etməsək tez bir müddətdə yararsız hala düşər. Məhz insanın həyata təlimatı da, Allah ilə qul arasındakı mükəmməl əlaqəni təmin edən, Allah tərəfindən göndərilən İslamdır. İslama sahib çıxmağa, yəni insanla Allah arasındakı bağı qurmaq mübarizəsinə də ibadət və ya qulluq deyirik.

 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol