COĞRAFİYA
  Coğrafiya
 

Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) - Yer kürəsinin təbiətini və təsvirini öyrənən elmlərdən biri.Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir.

İlk coğrafiyaçılar səyyah və dənizçilər hesab edilir. Coğrafiya terminini ilk dəfə Eratosfen (b.e.ə. 276-194-cu illər) işlətmişdir. Strabon (b.e.ə. 64/63- eramızın 23/24-cü illəri) 17 cildlik "Coğrafiya" kitabı yazmışdır. O, bu kitabın 11 cildində Qafqaz və Azərbaycan haqqında məlumatlar vermişdir. Eratosfen həm də ilk coğrafiya xəritəsinin müəllifidir. İkinci və daha mükəmməl xəritənin müəllifi Klavdi Ptolomeydir.

Eratosfen və Ptolomeyin xəritələrində oxşarlıq odur ki, onların hər ikisində eyni quru ərazilər -Yeni və Köhnə Dünya - Cənubi Avropa, Ön Asiya və Şimali Afrika təsvir olunmuşdur. Fərqli cəhət odur ki, Eratosfenin xəritəsindən fərqli olaraq Ptolomeyin xəritəsində meridian və paralellər çəkilmiş, yerin kürəviliyi nəzərə alınmışdır. XV əsrə qədər Ptolomeyin xəritəsindən istifadə olunmuşdur.Ptolomeyin xəritəsində dünyanın bir necə ölkələrdən ibarət olduğu görünür.

Müasir coğrafiya elmi üç əsas sahədən ibarətdir:
1.Yer kürəsi səthinin təbiətini,burada baş verən proses və hadisələrin səbəb və inkişafını öyrənən elmə fiziki coğrafiya deyilir.Yunanca "fizis" təbiət deməkdir,coğrafiya isə yeri təsvir edir.Fiziki coğrafiyanın ən mühüm vəzifəsi isə coğrafi proqnozdur.

2.Əhali və onun təsərrüfat fəaliyyətini öyrənən elmə iqtisadi-sosial coğrafiya deyilir.

 3.Kartoqrafiya(yunanca "kartos"-xəritə,"qrafo"-çəkirəm deməkdir) coğrafiya xəritələri, onların yaranma metodları və istifadəsi haqqında elmdir.






 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol