COĞRAFİYA
  Qoruqlar
 

Azərbaycanda 5 milli park ,14 dövlət qoruğu və 16 yasaqlıq var: 

Şirvan milli parkı- Cənub-şərqi Şirvan düzünün şərq hissəsində, Salyan rayonunda yerləşən bu qoruqda ceyranlar mühafizə edilir.

Hirkan milli parkı- Lənkəran ovalığının cənub hissəsində, Talış dağlarının ətəyində yerləşir. Burada nadir relikt və endemik ağaclardan bir qrupu (Lənkəran akasiyası, şabalıdyarpaq palıd, dəmirağac, azat ağacı, Hirkan şümşadı və s.) qorunur.

Ordubad milli parkı- Naxçıvan MR-da, Ordubad rayonu ərazisindədir. Təbii landşaft qorunur.

Ağgöl milli parkı- Ağcabədi rayonu ərazisindədir. Əsasən su quşları qorunur.

Eldar milli parkı- Kür və Qabırrı çayları arasında, Ceyrançöl alçaqdağlığında təşkil olunub. Burada Üçüncü dövrün relikt Eldar şamı meşəliyi qorunur.

Qızılağac qoruğu- Xəzər dənizinin Salyan düzü ilə qovuşduğu ərazidə yaradılıb. Köçəri quşlar qorunur. Xəzər dənizindən təcrid olunmuş Qızılağac körfəzinin sahilindəki qamışlıqlar, bataqlıqlar su quşları üçün əsl təbii sığınacaqdır.

Zaqatala qoruğu- Böyük Qafqaz dağlarının cənub yamaclarındadır. Burada dağlarımızın nadir faunası (dağ kəli, maral, köpkər, cüyür, ayı və s. müxtəlif quşlar)  qorunur.

Göygöl qoruğu- ölkəmizin ilk qoruğudur. Göygöl və onun ətrafındakı təbii landşaft mühafizə edilir, dağ keçisi, Qafqaz maralı, Xəzər uları, qarmaqvarı şam və s. mühafizə edilir.

Türyançay qoruğu- Acınohur arid dağlığının Şirvan düzü ilə qovuşduğu ərazidədir. Burada təbii halda ardıc və saqqız ağacı qorunur.

Pirqulu qoruğu- Böyük Qafqaz dağlarının cənub-şərqində dağ meşələrinin çöllərlə qovuşduğu sahələrdə yerləşən bu qoruqda flora və faunanın nadir növləri qorunur.

Bəsitçay qoruğu- Bəsitçay dərəsində yerləşən bu qoruqda yaşı bir neçə əsrə bərabər olan, geniş çətirə malik şərq çinarı qorunur.

Qarayazı qoruğu- Qazax rayonundadır. Kürün sağ və sol sahillərindəki Tuğay meşələrinin landşaft kompleksi qorunur.

Qobustan qoruğu- Burada qədim əcdadlarımızın 10-15 min il əvvəl qayalar üzərində həkk etdikləri rəsmlər, tarixi abidələr qorunur.

İlisu qoruğu- Böyük Qafqazın cənub yamacında, Qax rayonundadır. Təbii landşaft qorunur.

Altıağac qoruğu- Böyük Qafqazın cənub-şərqindədir. Təbii landşaft qorunur.

Qaragöl qoruğu- Kiçik Qafqazda Laçın rayonu ərazisində yerləşir. Təbii landşaft qorunur.

İsmayıllı qoruğu- Böyük Qafqazın cənub-şərqindədir. Təbii landşaft qorunur

Qəbələ qoruğu- Böyük Qafqazda dağ-meşə landşaftının qorunduğu qoruqlardandır.

Şahbuz qoruğu- Naxçıvan MR ərazisində Şahbuz rayonundadır. Batabat gölü və ətraf ərazilərin təbii kompleksi qorunur.

Respublikamzın bəzi yasaqlıqları: Laçın, Zuvand, Qubadlı, Şəki, Bərdə, Qusar, Qarayazı, Qızılağac, Şirvan, Şəmkir, Korçay, Ağgöl, Bəndovan, Gəncə, İsmayıllı, Çilov.


 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol